Bu azərbaycanlı "O Səs Türkiyə"ni heyran etdi (VİDEO)

Bu azərbaycanlı "O Səs Türkiyə"ni heyran etdi (VİDEO)
11:46 7 Dekabr 2015
131 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin "O səs Türkiyə" layihəsində daha bir azərbaycanlı iştirakçı səhnəyə çıxıb. ANS PRESS-in məlumatına görə, O səs Türkiyə”də bu dəfə Leyla Rəhimova adlı həmyerlimiz münsifləri və türk tamaşaçılarını heyrətləndirib.

27 yaşlı Leyla Rəhimova Selami Şahinin “Özlədim” mahnısını ifa edib. O, beş yaşından mahnı ifa etdiyini deyib.

Yarışmanın münsiflər kürsüsündə əyləşən Ebru Gündeş, Hadisə, Murad Boz, və Gökhan-Hakan Leylanı komandalarına qatmaq üçün onu razı salmaq uğrundə əsl mübarizəyə başlayıblar.

Türkiyənin bu il ən yaxşı münsifi seçilən Gökhan azərbaycanlıların xüsusi istedada malik olduğunu, onların etdiyi boğazları heç kimin edə bilmədiyini deyib.


Leyla Rəhimovanın "O Səs Türkiyə"də ki çıxışı

Leyla Rəhimova sonda Murad Bozun komandasına qatılıb. Leyla əvvəl Türkiyənin məşhur “Ve kazanan” müsabiqəsində çıxış edərək ikinci olub.


Leyla Rəhimovanın “Ve kazanan” müsabiqəsində çıxışı

Leyla bu il yarışmaya qatılan ilk azərbaycanlı ifaçı deyil.

Bu mövsümdə yarışmaya qatılan və hər kəsi çoşdurmağı bacaran yerlilərimizdən Azərbaycanın rep qrupu "Nəğd Pul" - Afiq Novruzov ve Hilal qardaşları olub. Dörd məşhur mahnını remiks edərək üzərinə "Bizi tanımağınıza az qaldı" adlı rep söyləyən gənclər münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar.
Müğənnilər Ebru Gündəş ve Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs ediblər.


Azərbaycanın rep qrupu "Nəğd Pul"

Tamaşaçıların istəyi ile eyni mahnını ikinci dəfə ifa eden azərbaycanlı ifaçılar sonda Gökhan ve Hakan Özoğuzu seçiblər.

Azərbaycandan olan ifaçılar "O səs Türkiyə" yarışmasında kifayət qədər böyük maraq göstəririlər. Hətta yarışmanın ötən mövsümünün qalibi Azərbaycan müğənnisi olan Elnur Hüseynov olub. O, Ebru Gündəşin komandasında mübarizə aparıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR