Cəbhədə təxribat: düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb (VİDEO)

Cəbhədə təxribat: düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb (VİDEO)
11:48 7 Dekabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib.

Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün, Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2466150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR