"Günəşli" yatağının 10-cu özülündə hasilatın bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirildi

11:53 7 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

“Azneft” İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğından sonra həmin platformada hasilatın bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, artıq dünəndən bu istiqamətdə işlərin aparılmasına hazırlıq paralel şəkildə aparılır: "Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı aparılacaq".

B.Ağarəhimov sosial şəbəkələrdə SOCAR-ın qurumlarından birinin dekabrın 5-də bayram şənliyi keçirməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi mümkün deyil.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR