"Teatr rəhbərinin zövqü əsasdır, bununla hesablaşmaq lazımdır"

"Teatr rəhbərinin zövqü əsasdır, bununla hesablaşmaq lazımdır"
12:05 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az yazıçı-dramaturq Əli Əmirlinin APA-ya müsahibəsini təqdim edir.

- Əli müəllim, deyəsən, vaxtınızın çoxunu müəllimliyə həsr edirsiniz. Qrafik sıxdır, vaxt tapmaq çətinləşib...

- Təmirlə əlaqədar Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə orta məktəblərdən birində dərs keçirik. Bizə konkret vaxt ayrılıb, həmin vaxtda dərslərimizi yekunlaşdırmalıyıq. Demək olar, həftənin bütün iş günlərində universitetə gedirəm, tələbələrimlə dərslərimizi aparırıq. Ona görə, hə, demək olar, vaxt tapmaq çətinləşib. Çalışıram, tələbələrin dərsi boş keçməsin, imtahan qabağı çətinlikləri olmasın. İndiki tələbələr belədir: yazı yazmırlar, imtahanın suallarının şəklini çəkirlər, dərsi danışanda səsimi diktofona yazırlar. (Gülür). Hətta mühazirələri tələbələrimin e-maillərinə göndərirəm ki, əziyyət çəkib üzünü çıxarmasınlar.

- Bildiyim qədər, qaydalarda mühazirə dəftərinin olması vacibdir. İmtahanda toplanan bala əlavə olunur...

- Yox, olsa da olar, olmasa da. Boloniya sistemindən sonra bu məsələdə tələbələrə azadlıq verilir.

- Müəllimlik etmək sizin özünüzün təşəbbüsünüzdür, yoxsa hansısa ehtiyacdan irəli gəlir?

- Vaxtilə tamam başqa bir sahə ilə məşğul idim. Natiq Rəsulzadə universitetdə dərs deyirdi, mənə zəng vurdu ki, Əli müəllim, istərdik, bizim kafedrada dərs deyəsiniz. Dedim, müəllimlik səriştəm yoxdur, heç ağlıma da gəlməyib ki, müəllimlik edim. Təkid elədi ki, yox, gəlin, mən də razılaşdım. Düzü, o vaxt normal maaş da yox idi, simvolik nə isə verirdilər. Müəllimlik mənim özümə də maraqlı gəldi, iki işi bir yerdə aparmağa başladım. Sonradan tam ştata keçdim, işlədiyim təşkilatdan çıxıb özümü universitetə həsr elədim. İndi universitetin dosentiyəm. Artıq on beş ildir müəllimlik stajım var.

"Kino ixtisasını bitirən insanlar qabaqcıl ölkələrdə təhsil alsalar, yaxşı olar"

- Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin intellektual səviyyəsinin aşağı olması ilə bağlı tez-tez fikirlər səslənir...

- Tələbəyə münasibətdən çox şey asılıdır. Müəllimin özünün savadı, dünya görüşü olmalıdır ki, tələbə ilə yaxşı münasibət yarada bilsin. Təhsilimizin səviyyəsində şübhəsiz ki, kəsirlər var və bunu hamımız bilirik. Amma bir şeyi nəzərə alaq: bu gün Azərbaycanın incəsənətinin, mədəniyyətinin yönün Mədəniyyət və İncəsənət Universitetinin məzunları müəyyənləşdirir. Bütün yaradıcı sahələrdə bizim universitetin məzunları çalışır. Pisləmək indi dəbdədir, amma nəticə gözümüzün qabağındadır ki, universitetdən çox savadlı, istedadlı insanlar çıxıb. Aydın məsələdir, məsələn, kino ixtisasını bitirən insanlar qabaqcıl ölkələrdə təhsil alsalar, yaxşı olar. Yoxsa, Mədəniyyət və İncəsənət Universitetini bitirdim, oldum kinorejissor, belə şey olmur. İnsan hər vaxt öz üzərində çalışmalıdır, inkişaf etməlidir.

- Fərəh Əliyeva ilə münasibətiniz necədir? Sadəcə, rektor və müəllim münasibəti, yoxsa rəsmilikdən uzaq dost münasibəti?

- Fərəh xanım çox gözəl, çox sadə insandır. Əsas odur, insanı dinləməyi bacarır, hörmətlə yanaşır. Şəxsiyyət kimi onun özündən, iş üsulundan çox razıyam. Bəlkə də bu mətbuat üçün deyil... Dəhlizlə gedirsən, bir də görürsən, çox sadə, adi bir qadın gəlir.

- Heç deməzsən, rektor gəlir...

- (Gülür). Qətiyyən! Çünki yanında əshabələri gəzmir. Adətən biz alışmışıq ki, rektor gələndə yanında kimlərsə olur, təmtəraqla gəlirlər.

- Bir dəfə oxumuşdum ki, əsərlərinizi iyul-avqust aylarında yazırsınız. Bilmirəm, dekabrda sizdən "yeni nə yazırsınız? " sualını soruşmağın yeridir, ya yox...

- İyul-avqust ayında mən təzə əsər yazıram. Yerdə qalan vaxtlarda həmişə işləyirəm. Hansısa işi redaktə edirsən, əsəri səhnələşdirirsən və s. Bunlar elə işlərdir ki, xüsusi yaradıcılıq komfortu lazım deyil. Yeni əsər yazanda isə mənə mütləq sakitlik, qayğılardan uzaq olmaq lazımdır. Bu il pyes yox, "Ağdamda nəyim qaldı?" adlı roman yazdım.

- Roman "Azərbaycan" jurnalında çap olunub. Necə qarşılandı, reaksiyalar var?

- Mənim dostum, yazıçı Mustafa Çəmənli əsəri bitirməmiş zəng vurdu ki, o qədər ləzzət alıram, istədim indidən səni təbrik edim. Rəşad Məcid zəng etdi ki, Əli müəllim, romanı tam oxumamışam, amma elə vəziyyətdəyəm, zəng etməyə bilmədim. Əsəri "525-ci qəzet"də yaxşı bir ön sözlə hissə-hissə çap edir. Aydın Talıbzadə bu yaxınlarda mənim e-mailimə isti bir məktub yazıb, sonra yenə zəng vurdu, xoş sözlər dedi. Yəni tanıdığım, tanımadığım xeyli adam zəng vurub, onlardan xoş sözlər eşitmişəm.

- Dramaturgiyanın qazandırdığı sevgini yaşamaq xoşdur, yoxsa nəsrin gətirdiyi diqqəti?

- Bilirsən, dramaturgiya tamam başqa ləzzətdir. Dramaturgiyanın uğurunu dərhal görürsən. Məsələn, Akademik Milli Dram Teatrında "Şah Qacar" hər dəfə göstəriləndə 400 nəfər ayaq üstə dayanıb böyük zövq və ləzzətlə əl çalır. Roman fərdi oxunur, o zövqü fərdi alıram, pyesimin nümayişində isə kollektiv sevgi görürəm.

- Amma dramaturgiyanın uğurunu rejissor və aktyorlarla bölüşürsünüz...

- Əlbəttə, rejissor deyir ki, bu mənim tamaşamdır, dramaturq deyir mənimdir, aktyor da deyir mənimdir. (Gülür).

- Əli müəllim, tamaşaya qoyulan əsərlərinizə görə ilk və son aldığınız qonorarı xatırlayırsınız?

- Xatırlayıram. "Ərizə" pyesim nazirliyin keçirdiyi müsabiqədə ikinci yer tutmuşdu. O pyesə görə mənə 800 manat pul vermişdilər. Mükafatdan əlavə tamaşadan 2500 manat da qonorar aldım. Təkcə "Ərizə"dən aldığım qonorar normal vəzifədə işləyən adamın iki illik maaşı idi. Sonuncu qonorarımı isə "Şah Qacar"a görə nazirlikdən almışam: 2500 manat.

"Tamaşalarıma görə bölgə teatrlarından pul istəmirəm. Heç pul vermirlər də"

- Əsərləriniz bölgə teatrlarında da çox oynanılıb. Qonorara görə sizdən güzəştə getməyi xahiş edərlər...

- Mən onlardan onsuz da pul istəmirəm. Heç pul vermirlər də. (Gülür). Əslində, hər teatr bir bilet satışına görə məbləğin on faizini müəllifə verməlidir. Açığı, mən bilmirəm teatrlar onu göndərirlər, ya yox. Qonorar Müəllif Hüquqları Agentliyinə göndərilir. Hər ay bankomatdan pul çəkirəm, amma bilmirəm, hansı teatr nə qədər göndərib. Bircə o dəqiqdir ki, əsas pul Akademik Milli Dram Teatrından gəlir. Gənc Tamaşaçılar Teatrından da qonorar alıram. Bəzən o qədər də səliqə ilə göndərmirlər. Amma hesabat verilir. Sadəcə, borclu qala bilərlər, o pul itmir.

- Bütün tərəflərini nəzərə alanda dramaturgiyanın perspektivləri daha böyükdür...

- Bu gün üçün, əlbəttə. Populyarlıq gətirir, tamaşaçı baxır, maddi məsələ də öz yerində. Bir romanı ən yaxşı halda 300 adam oxuya bilər, amma mənim tamaşama bir gündə 400 adam baxır. "Şah Qacar" 41 dəfə oynanılıbsa, elə bil, 15-16 min tirajla kitab çap etdirmisən.

- Akademik Milli Dram Teatrı ilə əməkdaşlığınız davam edir?

- Əlbəttə, "AzDrama" ilə mənim əməkdaşlığım hər zaman davam edir. Ümumən, həm paytaxtda, həm də bölgələrdə olan teatrlarla əməkdaşlığım davam edir. Tamaşalarım repertuarlarda var, oynanılır, baxılır. Mənim şikayət etməyə qətiyyən əsasım yoxdur. Yəni qiymətləndirməyi bacarırlar. Hər bir əsərin tamaşaya qoyulmağının prosedur qaydaları var. Dramaturq bütün bunlara səbir və hövsələ ilə yanaşmalıdır. Şəxsən mən hövsələ ilə yanaşıram, reallıqlarla hesablaşmağı bacarıram. Hər kəs özünə cavabdehdir. Əgər hansısa əsərim tamaşaya qoyulmursa, ola bilər, mənim əsərim teatr rəhbərliyinin zövqünə uyğun deyil. Bunu anlayışla qəbul etmək lazımdır. Çünki bu gün teatr rəhbərinin zövqü əsasdır, bununla hesablaşmaq lazımdır. Deyə bilməzsən ki, sənin xoşuna gəlmir deyə, mənim əsərim tamaşaya qoyulmamalıdır. Bəli, onun xoşuna gəlmirsə, bu, vacib olan şeydir. Bu mənada mən belə şeylərə səbirlə yanaşıram və həyat göstərir ki, mənim yanaşmam doğrudur.

- "Mesenat"a 2005-ci ildə Əlabbas Qədirovun çıxışında baxmışam. Pyesi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin təklifi ilə yazmısınız. İndi sizin bir müsahibənizi xatırladım: demisiniz, Tağıyev haqda yazmağı düşünmürdüm, onun haqda bildiyim faktlar Tağıyevin xeyrinə olmayıb. Söhbət hansı faktlardan gedir?

- Məsələn, 70 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi yaxşı əlamət deyil. Özü də aldığı qız oğlunun baldızı olub. İkincisi, Tağıyevin Lütfəli bəy Behbudovla münasibətində çox ciddi məqamlar var. Tağıyev yoldaşı Sona xanımı Lütfəli bəyə qısqanırdı, hətta şəhərdə qeybət də var imiş. Buna görə Lütfəli bəyi çox ciddi cəzalandırıb. Vaxtilə mətbuatda rast gəlmişdim ki, Tağıyev özü də həmin cəzalandırma mərasimində iştirak edib. Tağıyevi o vaxt məhkəməyə veriblər, məhkəmə ona iki il yarım iş kəsib. Tağıyev xalq arasında böyük hörməti vardı, böyük insan idi, ona görə gedib qazamatda yatmayacaqdı. O vaxt bir neçə milyonçu bu işə görə Peterburqa gedib, çara müraciət olunub və iş ləğv olunub. Bu faktlar əlbəttə, adamda qıcıq yaradır. Ədalət müəllim məni dəvət etdi, dedi, Tağıyev haqda pyesin yazılmağını istəyirik, qərara gəldim ki, pyesi siz yazasınız. Doğrusu, təklif gözlənilməz idi. Bir az düşündüm və qəbul etdim. Əsəri bir aya yazdım, Ədalət müəllimə təqdim etdim, çox bəyənildi. Əlabbas Qədirov o vaxt teatrın bədii rəhbəri idi, dedi, bu rolu mən oynamaq istəyirəm. Tamaşanı Bəhram Osmanov hazırladı və həm rejissor işi, həm də aktyor oyunu çox yaxşı qarşılandı. Təqdimatdan sonra bir jurnalist yazmışdı ki, Əlabbas Qədirov tamaşaçıları saymadı. Sən demə, aktyorlar ikinci alqışa çıxanda Əlabbas müəllim səhnəyə gəlməyib. Ayaq üstə çox alqışlasalar da, çıxmayıb. Həmin jurnalistin xəbəri olmamışdı ki, Əlabbas Qədirov qan xəstəliyindən əziyyət çəkirdi, o qədər halsızlaşıb ki, səhnəyə gəlməyə heyi olmayıb. Sonrakı tamaşada səhnənin arxasına keçdim, yenə o qədər halsız idi, başını qaldırıb mənə "sağ ol" deyə bilmədi. Həmin gün xəstəxanaya düşdü, bir həftə sonra dünyasını dəyişdi. Növbəti həftə tamaşa yenidən oynanılmalı idi. Tağıyev rolu Nurəddin Mehdixanlıya həvalə olundu, bir həftə məşqdən sonra Nurəddin rolu çox yaxşı oynadı.

"Əli Əmirlinin gələcəkdə qalıb-qalmayacağı məni narahat etmir"

- Ümid verən gənc dramaturqlar var?

- Kim mənə əsər təqdim edirsə, oxuyuram. İlqar Fəhminin dramaturgiyası xoşuma gəlir. Mehman Musabəyov pyesini göndərmişdi, kifayət qədər maraqlı idi, xoşuma gəldi. Bizim əsas teatrımız "AzDrama"dır. Orda yaşı 50-dən aşağı heç kimin əsəri tamaşaya qoyulmur. Niyə qoyulmur, çünki yoxdur. Kim desə, var, tamaşaya qoymurlar, inan, düzgün deyil. Heç bir teatr keyfiyyətli əsəri geri qaytarmır, əksinə, yaxşı pyes axtarır. Yaxşı pyes o qədər azdır ki, elə təəssürat yaranır ki, kimlərsə əsəri tamaşaya qoymaq istəmir. Gənc dramaturqlar yetişir. Məsələn, Ülviyyə Heydərovanın, Pərvinin, Rəvan Tohidoğlunun əsərləri oynanılır. Samir Sədaqətoğlu dramaturgiya ilə məşğul olsa da, böyük səhnədə əsərini hələ görməmişəm. Amma teatra bələd adamdır, teatrı sevən insandır.

- Sualım qəribə səslənməsin, Əli Əmirlinin pyesləri teatr tarixində qalacaqmı? Yəni əsərlərinizin sonrakı taleyi haqda düşünürsünüzmü ki, onlar 50 ildən sonra aktual olacaq, ya yox?

- Mən gələcəyi yox, bu günü düşünüb yazıram. Əli Əmirlinin qalıb-qalmayacağı məni narahat etmir. Yəni gələcəyi özüm üçün dərd etmirəm.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Xəyanət edən ərindən seksual geyimi ilə intiqam alan əfsanəvi LEDİ - FOTO

23 Avqust 2017 12:18

Prokuror DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərə cəza istəyib

23 Avqust 2017 12:17

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:13

Paytaxtda iki ev yanıb, bir qadın ölüb

23 Avqust 2017 12:13

Azərbaycanda lisenziyasız kredit təşkilatı fəaliyyət göstərir

23 Avqust 2017 12:12

SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

23 Avqust 2017 12:12

Bakı sakini yanaraq öldü

23 Avqust 2017 12:09

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir

23 Avqust 2017 12:09

İspaniyalı futbolçu “Qəbələ”dən ayrılmasının səbəbini açıqlayıb

23 Avqust 2017 12:07

Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir

23 Avqust 2017 12:07

Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır, 16 minə yaxın mənzil plana düşdü

23 Avqust 2017 12:03

8651 nəfər peşə məktəblərinə qəbul olunub

23 Avqust 2017 11:59

Bakını bürüyən toz dumanı

23 Avqust 2017 11:59

Kurtizanka idi, səfirlə evləndi, admiralın məşuqəsi oldu - TARİXİN ƏN QƏRİBƏ TALELİ QADINI - fotolar

23 Avqust 2017 11:53

İki məşhur klubdan Arda Turana təklif

23 Avqust 2017 11:47

“Neft Daşları”nda yeni quyu istismara verilib

23 Avqust 2017 11:47

Azərbaycanda ilk dəfə çarpaz orqan transplantasiyası əməliyyatı icra olunub

23 Avqust 2017 11:47

Samiraldo OD PÜSKÜRDÜ: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

23 Avqust 2017 11:43

Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib

23 Avqust 2017 11:42

Azərbaycanlı qızın bu görüntüləri interneti "partlatdı"

23 Avqust 2017 11:40

Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA

23 Avqust 2017 11:38

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

23 Avqust 2017 11:37

“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq

23 Avqust 2017 11:37

Sərdar Ortacın özündən 3 yaş kiçik qaynatası

23 Avqust 2017 11:36

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

23 Avqust 2017 11:35

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

23 Avqust 2017 11:32

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - QANDONDURAN CİNAYƏT

23 Avqust 2017 11:29

"Qarabağ" bu gün "Kopenhagen" səddini keçə biləcəkmi? - AZARKEŞLƏR ARASINDA SORĞU

23 Avqust 2017 11:24

“Əbədi müttəfiq”dən geosiyasi düşmənə: Böyük layihə BAŞ TUTACAQMI?

23 Avqust 2017 11:23

Bakıda toz dumanı bir qədər də arta bilər

23 Avqust 2017 11:21

Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ

23 Avqust 2017 11:19

Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO

23 Avqust 2017 11:18

Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir"

23 Avqust 2017 11:17

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

23 Avqust 2017 11:17

Yığmamız Belarusa uduzdu

23 Avqust 2017 11:17

Naxçıvanda hücum təyyarələri havaya qalxdı

23 Avqust 2017 11:16

Bakıdakı qatı toz dumanının səbəbi açıqlandı

23 Avqust 2017 11:14

"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

23 Avqust 2017 11:12

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:08

"Kopenhagen" - "Qarabağ": bukmeykerlər nə deyir?

23 Avqust 2017 11:07

Prezident orta məktəbin yeni korpusunun açılışında

23 Avqust 2017 11:07

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

23 Avqust 2017 11:02

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

23 Avqust 2017 11:02

Türkiyə 10 minlik yeni ordu yaradır

23 Avqust 2017 10:59

Corc Kluni 1 milyon dolları görün nəyə xərclədi

23 Avqust 2017 10:53

"Qarabağ" tarixi oyuna çıxır

23 Avqust 2017 10:51

Nazirin qardaşı oğlu məhkəmədə ifadə verib

23 Avqust 2017 10:47

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları keçirib

23 Avqust 2017 10:47

Nazirlik: Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib

23 Avqust 2017 10:42

Azərbaycan gömrükçüləri avtobusun salonunda 14 000 ədəd siqaret aşkar edib

23 Avqust 2017 10:37