Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 23-cü ildönümü qeyd olunub

Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 23-cü ildönümü qeyd olunub

Date: 7 December 2015 12:08


Daşkənd, 7 dekabr, AZƏRTAC 
Daşkəndin mərkəzindəki “Özbəkistan” Forumlar Sarayında Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 23-cü ildönümü qeyd olunub.
Özbəkistan hökumətinin üzvləri, deputatlar, senatorlar, elm, ədəbiyyat, mədəniyyət xadimləri, səfilər, beynəlxalq təşkilatların nümayəndələri tədbirə qatılıblar.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Özbəkistan Prezidenti İslam Kərimov Konstitusiya Günü münasibətlə mərasimə toplaşanları təbrik edib, müstəqillik illərində ölkənin əldə etdiyi uğurlar haqqında söhbət açıb.
Dövlət başçısı deyib ki, əsas vəzifə cəmiyyətin demokratikləşdirilməsi sistemində islahatlar aparılmasını yeni səviyyəyə çatdırmaqdır. Ölkənin 1992-ci il dekabrın 8-də qəbul edilmiş Əsas Qanunu hüquqi və demokratik dövlət qurulması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, iqtisadi inkişaf, xalqın həyat şəraitinin yaxşılaşdırılması üçün hüquqi qarantdır.
Prezident bildirib ki, müstəqillik illərində Özbəkistan iqtisadiyyatının inkişafı altı, əhalinin real gəlirləri doqquz dəfə artıb. Bu il ölkə iqtisadiyyatına 16, son beş ildə isə 67 milyard dollar sərmayə qoyulub.
İslam Kərimov 2016-ci ili “Sağlam ana və sağlam övlad” ili elan edib və gələn il bu sahədə həyata keçiriləcək layihələr haqqında danışıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Tags:  Özbəkistan Konstitusiyasının qəbul edilməsinin 23-cü ildönümü qeyd olunub


RƏYLƏR


Top news