Konsert təxirə salındı

Konsert təxirə salındı
12:17 7 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qolos" səs yarışmasının iştirakçısı Nərgiz Zakirovanın dekabrın 6-da Bakıda planlaşdırılan konserti təxirə salınıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb "Günəşli" yatağında baş verən qəza olub. 

Bu haqda N.Zakirova sosial şəbəkədə yazıb:

"Mənim sevimli insanlarım! Bu hadisədən çox üzüldüm. Hazırda bizimlə birlikdə bu dünyada olmayanlara rəhmət, ailələrinə başsağlığı diləyirəm. Ümid ediəm ki, itən insanlar tapılacaq. Allah sizi qorusun. Azərbaycanda matəm günü elan olunması ilə əlaqədar konsertimiz təxirə salındı. Bakıdakı sevənlərimlə dekabın 23-də görüşəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR