Baş həkim: "Günəşli" yatağında yanıq xəsarəti alan Bəxtiyar Ələkbərovun vəziyyəti orta ağır olaraq qalır"

12:17 7 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, xəstəyə III və IV dərəcəli yanıq diaqnozu qoyulub: "Bu da bədənin 50 faiz hissəsinin yanması deməkdir. Buna baxmayaraq xəstənin həyatı təhlükəsi yoxdur. Səhhəti orta ağır olaraq qalır".
Bəxtiyar Ələkbərov özüldə operator vəzifəsində çalışıb. Bir anda yüksək təzyiqli qaz partlayışından sonra operator platformaya geri qayıdanda yanğınla üz-üzə gəlib. Ona görə də o, yanıq xəsarətləri alıb. Xilas edilən operator hazırda yanıq mərkəzində müalicəsini davam etdirir. 
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bextiyar-elekberovun-veziyyeti-orta-agir-olaraq-qalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR