Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrandan digər ölkələrə qaçaq yolla çıxarılan məshulların həcmi 50 faiz azalıb

İrandan digər ölkələrə qaçaq yolla çıxarılan məshulların həcmi 50 faiz azalıb

Date: 7 December 2015 12:18

Bakı. Təmkin Cəfərov - Trend:

İranda qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə görülən tədbirlər nəticəsində ötən illə müqayisədə ölkəyə qaçaq malların gətirilməsi və ölkədən çıxardılması azalıb. Bunu İranın Qaçaqmalçılıqla Mübarizə Mərkəzinin sədri Həbibullah Həqiqi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi məlumat verib.

H.Həqiqi deyib ki, qaçaqmalçılığın qarşısını almaqla ölkədəki işsizlik və iqtisadi problemlərin həllinə kömək edə bilərik: “Hesablamalara görə, hər 1 milyard dollara 100 min iş yeri ölkədə yaratmaq mümkündür. Ölkədə hazırda 20 milyard dollar dəyərində qaçaqmalçılıqdan gəlir var. Bunun qarşısını almaqla biz 2 milyon iş yeri aça bilərik.”

H.Həqiqi deyib ki, qaçaqmalçılığın qarşısını almaq üçün geniş miqyaslı mübarizə aparılmalıdır: “Ötən ildən İrandan digər ölkələrə qaçaq yolla çıxarılan müxtəlif növ məhsulların həcmi 50 faiz azalıb”.

Qeyd edək ki, İran rəsmiləri qaçaqmalçıların əsasən yanacaq, valyuta, ev əşyaları, geyim və mobil telefonları qaçaq yolla ölkəyə gətirdiyini bildirirlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İrandan digər ölkələrə qaçaq yolla çıxarılan məshulların həcmi 50 faiz azalıb

RƏYLƏR


Top news