10-cu platformada xilas edilən 22 nəfər yenidən xəstəxanada

10-cu platformada xilas edilən 22 nəfər yenidən xəstəxanada
12:21 7 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə naziri Oqtay Şirəliyev 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunub.

Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Vəziyyətləri sabitdir və artıq palatalara göçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.

Xəsarət alanların vəziyyəti səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılıb.

Bu gün psixoloqlar yenidən Neftçilər xəstəxanasında olmuş, onlara lazımi yardım göstərib. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR