Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Üç nəfərin itkin düşməsinə görə cinayət işi başlanıb

Üç nəfərin itkin düşməsinə görə cinayət işi başlanıb

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi (24 Mart 2017 11:32)
Bakı-Sumqayıt yolunda dəhşətli qəza (09 Mart 2017 12:26)
Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu - İŞ AÇILDI (09 Mart 2017 11:49)

Tarix: 7 Dekabr 2015 12:22

"Neft Daşları"nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.

Milli.Az


Teqlər:  nəfərin itkin düşməsinə cinayət işi başlanıb



RƏYLƏR


Top xəbərlər