"Günəşli" yatağında zərərçəkənlərə yardım göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb

"Günəşli" yatağında zərərçəkənlərə yardım göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb
12:22 7 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanların vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin daim nəzarətindədir. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, xəsarət alan və hadisə nəticəsində itkin düşən neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün psixoloqlardan ibarət briqada yaradılıb: "Bu gün psixoloqlar yenidən Mərkəzi Neftçilər Xəstəxanasında olub, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/gunesli-yataginda-zerercekenlere-yardim-gosterilmesi-ucun-psixoloqlardan-ibaret-briqada-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR