Səhiyyə Nazirliyindən "Günəşli"də xəsarət alanlarla bağlı MƏLUMAT

Səhiyyə Nazirliyindən "Günəşli"də xəsarət alanlarla bağlı MƏLUMAT
12:24 7 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün 22 nəfər yenidən müayinələrə cəlb olunub

 

Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan vəziyyətləri yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə ambulator yardım göstərilərək evlərinə buraxılıb. Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar.  

Onlardan bir nəfərini (ürək bulanma diaqnozu) xəstəxanada saxlamaq məsləhət görülüb, lakin heç bir həyati təhlükəsi yoxdur.

Məlumatda bildirilir ki, müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Onların vəziyyətləri sabitdir və artıq palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir.

Bundan başqa, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılıb.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət almış və hazırda Neftçilər xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR