“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb
12:33 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası çərçivəsində Azərbaycanın Qeyri Hökumət Təşkilatları, xüsusilə də mədəni irsimizin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən QHT-lər üçün örnək təşkil edən qərar qəbul olunub. Belə ki, Komitə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin (İB) UNESCO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verib, təşkilatın müraciətinin Konvensiyanın tələblərinə cavab verdiyinə dair qərar qəbul edib və Baş Assambleyaya İB-nin akkreditasiyadan keçirilməsini tövsiyə edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi quruma işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmağa, ölkəmizin haqlı mövqeyinin UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiəsinə və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil etməyə imkan verəcək. Bu qərar yarandığı gündən dövlətimizin mədəniyyət siyasətinin həyata keçirilməsinə dəstək olan, mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin, folklorumuzun, ozan-aşıq sənətinin və s. qeyri-maddi mədəniyyət nümunələrimizin təbliği ilə bağlı ölkə daxilində və xaricdə tədbirlər və layihələr həyata keçirən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə daha geniş imanlar yaradacaq.
Akkreditasiyadan keçən təşkilatlar UNESCO-da məsləhətçi statusu qazanır və bu təşkilatla birgə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir. Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üz
Qeyd edək ki, Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası zamanı Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asiq_Semsir_Medeniyyet_Ocagi_Ictimai_Birliyi_UNESCO_da_meslehetchi_statusu_qazanib-908840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR