Tacikistanda 7.2 bal gücündə zəlzələ olub.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın geoloji xidmətindən məlumat verilir. Bu gün Tacikistanın paytaxtı Düşənbədən 363 kilometr aralıda güclü zəlzələ müşayiət olunub. Hələ ki, təbii fəlakət nəticəsində dağıntılar, ölən və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.
Lakin güclü zəlzələ nəticəsində ölən və yaralananların placağı istisna edilmir.
Tacikistan, Düşənbə
Tacikstan Rudaki rayonu ərazisində 2013-cü ildə də güclü zəlzələ olub. O, zaman təkanların gücü Rixter şkalsı üzrə 5,3 bal olub. Hadisə nəticəsində 104 yaşayış evi tamamilə dağılıb, 256-ı isə ziyan çəkib.
Bu ilin oktyabr ayında Asiyada güclü zəlzələlər nəticəsində ümumilikdə 385 nəfər həlak olub. Pakistanda 267, Əfqanıstanda 115 insanın öldüyü haqqında məlumat yayılıb. Pakistanda isə zəlzələ nəticəsində 10 mindən çox evə zərər dəyib. Oktyabr ayında baş verən zəlzələnin gücü 7,5 təşkil edib.