İngiltərə: güclü qasırğa çayları məcrasından çıxarıb

İngiltərə: güclü qasırğa çayları məcrasından çıxarıb
12:43 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Britaniyanın Kambriya qraflığı “Desmond” qasırğası səbəbindən baş verən güclü daşqına məruz qalıb. Məcrasından çıxmış çaylar qraflığın şəhər və kəndlərini basıb. Nəticədə küçələr su altında qalıb və on minlərlə evin elektrik enerjisi kəsilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, küləyin sürəti bəzən saniyədə 120 metrə çatır.
Böyük Britaniyanın Baş nazir Devid Kemeron xilasetmə işlərinə hərbçilərin də cəlb olunmasına dair göstəriş verib. Hazırda mindən çox insanın təbii fəlakət zonasından təxliyə edildiyi bildirilir.
Yaşayış məntəqələrində bəzi evlərdə suyun səviyyəsi qurşağı ötür. Qəfildən baş verən daşqın nəticəsində bir neçə nəfər küçədə, avtomobillərinin içərisində təcrid olunmuş vəziyyətdə qalıb. Şotlandiya və İngiltərənin bəzi şəhərləri arasında dəmir yol əlaqəsi kəsilib.
Hökumət ölkənin şimal-qərbində ən yüksək – “qırmızı” təhlükə səviyyəsi elan edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ingiltere_guclu_qasirga_chaylari_mecrasindan_chixarib-908843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR