Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Ermənistanda referendumun nəticələrnin ləğvi tələbi ilə mitinq keçiriləcək

​Ermənistanda referendumun nəticələrnin ləğvi tələbi ilə mitinq keçiriləcək

Date: 7 December 2015 12:47

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanda konstitusiya islahatı referendumunun nəticələrinin ləğv edilməsi tələbi ilə paytaxt Yerevanda mitinq keçiriləcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu "Yeni Ermənistan" Hərəkatının və etiraz aksiyasının təşkilatçılarından biri Jirayr Sefilyan bildirib.
Məlumata görə, etiraz aksiyası bu gün saat 16.00-da Yerevanın "Azadlıq" meydanında keçiriləcək.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizinin konstitusiya islahatı layihəsinin lehinə səs verib.
Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yeveranın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekbarın 1-də başlayıb.

Tags:  Ermənistanda referendumun nəticələrnin ləğvi tələbi mitinq keçiriləcək

RƏYLƏR


Top news