Bakı. Trend:
Səhər saatlarından başlayaraq Bakı sakinləri Dənizkənarı Bulvara axışırlar. Yaşlı, gənc, uşaq... Kimliyindən, tutduğu mənsəbdən, milliyətindən və dinindən asılı olmayaraq hər kəs əlində al qırmızı qərənfil "Günəşli" yatağında baş vermiş yanğın zamanı itkin düşmüş neftçilərin xatirəsinə hörmət əlaməti olaraq Xəzərin sahilinə üz tutur.
Xəzərin sahili və suları al qərənfillərə bürünüb.
Bizi Twitter-dən izləyin: @trend_az