DİN Bərdədəki partlayışla bağlı məlumat yaydı

DİN Bərdədəki partlayışla bağlı məlumat yaydı
12:59 7 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də saat 20 radələrində Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan Əli Məmmədovun evində qaz balonu partlayıb. Nəticədə Ə.Məmmədovun gəlini Fidan Məmmədova və nəvəsi Dəniz hadisə yerində ölüb. Yanıq xəsarəti alan ev sahibi və arvadı Fəxriyyə, oğlanları Eldar, Vüsal və onun qızı Səma xəstəxanaya yerləşdiriliblər.

 

Bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR