Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib" - QMİ

"Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib" - QMİ

Yeni nəqliyyat şirkəti yaradıldı (16 Fevral 2017 00:53)
Nardaranda quyuda odlu silah saxlayan şəxs tutulub (13 Fevral 2017 12:12)
Almaniyada 91 məscid hücuma məruz qalıb - HESABAT (12 Fevral 2017 00:05)

Tarix: 7 Dekabr 2015 12:59

 

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.

 

Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib.O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”.

 

Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi.


Teqlər:  Nardaranda məscid qeydiyyatdan keçib QMİ



RƏYLƏR


Top xəbərlər