Hindistanda sel nəticəsində 400-dən çox adam ölüb

Hindistanda sel nəticəsində 400-dən çox adam ölüb
13:02 7 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Hindistanın cənubundakı Tamil Nadu ştatında noyabrın 9-dan bəri azı 400 nəfər sel və daşqın qurbanı olub. Bir milyondan çox ştat sakini evsiz-eşiksiz qalıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı Hindistan Fövqəladə Hallar üzrə Milli İdarə dərc edib.
Sel və daşqınlardan ən çox əziyyət çəkmiş yaşayış məntəqələrindən biri ştatın paytaxtı, əhalisi təxminən 5 milyon olan Çennai şəhəri olub. Orada 325 nəfər ölüb ki, onlardan 18-i xəstəxanada olarkən enerji təchizatındakı problemlərə görə yaşamı təmin edən aparatların sönməsi nəticəsində dünyasını dəyişib.
Yalnız rəsmi məlumatlara görə, Tamil Nadu ştatındakı müvəqqəti yaşayış düşərgələrində bir milyondan artıq adam var. Çennaidə hələ də bir çox küçələr, o cümlədən əsas nəqliyyat magistralları su altında qalıb, telefon əlaqəsi kəsilib, yaşayış məntəqələrinin 60 faizindən çoxu elektrik enerjisinə həsrət qalıb. Şəhərdə sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hindistanda-sel-neticesinde-400-den-cox-adam-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR