Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səyyar xidmətlər DİN tərəfindən davam etdirilir

Səyyar xidmətlər DİN tərəfindən davam etdirilir

Səyyar ASAN bu ay hansı bölgələrdə olacaq? (20 Fevral 2017 11:43)

Tarix: 7 Dekabr 2015 13:03

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Trend-in məlumatına görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qazax RPŞ-nin müvafiq qurum əməkdaşlarının iştirakı ilə rayonun Kəmərli kəndində baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 189 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Səyyar xidmətlər DİN tərəfindən davam etdirilir



RƏYLƏR


Top xəbərlər