Sabah 13 dərəcə isti olacaq

Sabah 13 dərəcə isti olacaq
13:04 7 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.       

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı,  axşam şimal və şərq rayonlarda yağış yağacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə, dağlıq rayonlarda gecə 4-9 şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR