Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xanımın oğlu rəhmətə gedəndə Faiq Ağayevdən xahiş etdim ki..."

"Xanımın oğlu rəhmətə gedəndə Faiq Ağayevdən xahiş etdim ki..."

Date: 7 December 2015 13:12

Bəstəkar Nailə Mirməmmədli Nail Naiboğlunun müəllifi olduğu "STOP" layihəsində qonaq olub.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bəstəkar işlədiyi müğənnilərdən, həmkarlarından, şəxsi həyatından maraqlı faktlar açıqlayib: 

"İlk mahnımı Brilliant Dadaşova oxuyub. Bu, mənim üçün yaşıl işıq olub. İllər sonra Faiq Ağayev də mahnımı oxudu. Brilliant xanım o qədər sənəti böyük müğənnidir ki, o, cılız söhbətlərə getmir. Heç Faiq Ağayev də mənə şərt qoymayıb ki, işləyiriksə, onun danışmadığı müğənnilərlə işləməməliyəm. İstəməzdim ki, mənim işlədiyim müğənnilər küsülü olsunlar. Çünki bundan ziyan görə bilərəm. Bir konsert edəndə hansısa birinin ifasında mahnım səslənməyə bilər".

Nailə xanım rejissor Nail Naiboğlunun "Sizin bir mahnınız bizim 2 muğənnini bir-birinə düşmən edib. Söhbət Röya və Almaz Ələsgərovadan gedir. Deyəsən, barışıq olub?" - sualını belə cavablandırıb. 

"Mən heç kimdən səbəbsiz geri mahnı almıram. Ya müğənni yaxşı oxumamalıdır, ya da mahnımı üzə çıxarmayanda bəstəmi geri alıram. Hər iki sözügedən müğənnidə səbəb başqa idi. Zamanında hamı bu barədə danışdı məndən başqa. İlk dəfə bu barədə açıqlama verirəm. Söhbət "Bilrəsənmi" mahnısından gedir. Mahnının sponsoru sözlərin müəllifi idi. Onunla Almaz xanımın arasında anlaşılmazlıq olmuşdu. Həmin şairə xanım bu mahnının Almaz Ələsgərovanın oxumasına qadağa qoydu. O zaman Röya "W trio"dan yeni ayrılmışdı. Şairəyə təklif etdim ki, istəyirsən, bu qıza verək mahnını. Razılaşdı. Burada nə mənim, nə Röyanın günahı yoxdur".

Verilişdə Nailə xanım küsülü olduğu həmkarları Xanım İsmayılqızıNadir Əzimovdan danışıb:

Xanım İsmayılqızı ilə bölə bilmədiyimiz nəsə olmayıb. Sadəcə, oradan-buradan eşdirdim ki, Xanım arxamca danışır. Bəlkə də, ona da məndən deyirdilər. Soyuqluq bu səbəbdən yaranmışdı. Xanımın oğlu rəhmətə gedəndə Faiq Ağayevdən xahiş etdim ki, məni onlara aparsın. Mən də o faciəni yaşamışam. Bəlkə Xanıma elə söz deyə bilərdim ki, onu ovudardı. Amma elə bilməyin Xanım İsmayılqızının faciəsinə acıyıb, onunla barışdım. Əsla elə deyil. Övlad itirən analar məni başa düşərlər. Qaldı ki, Nadir Əzimova, münasibətlərimiz pis olmayıb. Sadəcə, bir televiziya işçisi aramızı vurmaq istədi, amma alınmadı. Telefonla danışıb aradakı anlaşılmazlığı aradan qaldırdıq". 

Nailə xanım şəxsi həyatından da danışıb:

"Hikmətin ölümündən sonra özümdə cəsarət tapıb ayaqda dura bildim. Çünki balalarımı böyütməli idim. Artıq qayınanayam. Oğlumun seçimi ürəyimcədir. Gəlinimlə, onun anasıyla əvvəldən münasibətim olub. Çox xoşbəxtəm. Bu xoşbəxtliyimə mane olanlara "STOP" deyirəm. Bu günə kimi təkbaşına hörmət qazanıb ailəmi dolandırmışam. Bundan sonra da bacaracam. Heç kimin köməyi lazım deyil, mane də olmasınlar".

Milli.Az


Tags:  Xanımın oğlu rəhmətə gedəndə Faiq Ağayevdən xahiş etdim



RƏYLƏR


Top news