Feysbuk intiharların qarşısını alacaq - FOTO

Feysbuk intiharların qarşısını alacaq - FOTO
13:12 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Feysbuk son zamanlarda istifadəçiləri arasında artan intihar hadisələrini azaltmağın yeni yollarını axtarır.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, Feysbuk istifadəçilərinin intihar etməsinin qarşısını almaq üçün yeni xidmətini istifadəyə verib.

Araşdırmalar nəticəsində məlum olub ki, bu istifadəçilərin yaşadıqları böhranlardan və paylaşımlardan, bəyənmə sayında və digər məsələlərdə özünü göstərir. Feysbukun tədqiqat qrupu "intiharın qarşısını almaq" adlı xidməti istifadəyə təqdim etdiyini bildirib.

Hazırda sınaq mərhələsində olan "intiharın qarşısını almaq" xidməti Avstraliyada sınaqdan keçirilir. Feysbuk edilən intihar hadisələrinin çoxunda intihar edən istifadəçilərin əvvəldən Feysbuka qeyd etdiyini müəyyənləşdirib. Feysbuk səlahiyyətliləri bu hərəkətin yanlış olduğunu bildirərək, istifadəçiləri niyyətlərindən daşındırmağı sınayacaq. Bu sistem istifadəçilərin feysbuk dostları vasitəsilə reallaşacaq.

Feysbuk-da dost siyahınızda olan birinin intihara cəhd edəcəyini düşünürsünüzsə bu xidmət vasitəsilə həmin profili əlavə edərək feysbukun həmin istifadəçini nəzarətdə saxlamasını təmin etmək olar.

Feysbuk əldə edilən məlumatlardan sonra istifadəçiyə intiharın səhv addım olduğunu izah edən və bu niyyətindən imtina etməsinin səbəblərini açıqlayan bir neçə məktub göndərəcək.

Eyni zamanda xidmət, həmin istifadəçinin psixloji dəstək alması üçün yerli təşkilatları da məlumatlandıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/388273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR