Azərbaycan BMT ilə miqrasiya sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan BMT ilə miqrasiya sahəsində əməkdaşlığı inkişaf etdirəcək
13:13 7 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin «Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasının 25 illiyi ilə bağlı Komitənin sabah, dekabrın 8-də Bakıda büro iclasının keçiriləcəyini qeyd edərək, bu tədbirin ölkəmizdə təşkil olunmasını yüksək dəyərləndirib: “Bu gün Prezident İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində dinamik inkişaf tempinə malik olan Azərbaycanda bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də beynəlxalq normalara uyğun siyasət aparılır. Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı dolğun qanunvericilik bazası mövcuddur. Respublikada hələ 1999-cu ildə “Əmək miqrasiyası haqqında” Qanun qəbul edilib və 2004-cü ildə «Azərbaycan Respublikasının Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası» təsdiqlənib”.

S.Müslümov bu Konsepsiyadakı vəzifələrin icrası ilə bağlı ötən dövrdə Dövlət Miqrasiya Proqramının qəbul edilərək icra olunduğunu, 2013-cü ildə artıq respublikada Miqrasiya Məcəlləsinin qəbul edildiyini bildirib: “Azərbaycanın iqtisadi inkişafı onun əmək bazarının əcnəbi işçilər üçün getdikcə daha cəlbedici olması və ölkəyə əməkçi miqrant axınının güclənməsi ilə müşahidə olunur. Bununla bağlı olaraq, ölkədə əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi işləri davam etdirilir”.

Nazir miqrasiya münasibətlərinin tənzimlənməsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib: “Bu prinsiplər əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşılmasını, onlara qəbul edildikləri ölkənin digər vətəndaşları kimi bərabər münasibətin və əmək şəraitinin təmin edilməsini nəzərdə tutur. Biz hələ 1998-ci ildə bu Konvensiyaya qoşulmuşuq və onun icrası ilə bağlı hesabatlar da hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim edilir”.

S.Müslümov miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi işlərində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi, Avropa Şurasının Miqrasiya Komitəsi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verildiyini də diqqətə çatdırıb.

Son illərdə ölkəmizdə yaradılmış əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə məlumat verən nazir bu sistemin əmək bazarı barədə real və dolğun məlumatlar əldə etməyə, o cümlədən respublikada əməkçi miqrantlarla bağlı vəziyyəti obyektiv şəkildə öyrənməyə imkan verdiyini vurğulayıb: “Hazırda əmək müqavilələrinin elektron qeydiyyat sistemində 11 mindən çox əməkçi miqrantla bağlanmış əmək müqaviləsi qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları kimi, həmin miqrantların da əmək hüquqları təmin olunur və onlar ölkə vətəndaşları ilə eyni sosial müdafiə sistemi ilə əhatə ediliblər”.

F.Karron Azərbaycanda əmək miqrasiyası proseslərinin idarə olunması sahəsində aparılan fəal dövlət siyasətinin onda məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq prinsiplərə qoşulmasının, onların icrasını işgüzarlıqla təmin etməsinin, habelə müvafiq beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığının rəhbəri olduğu Komitədə razılıqla qarşılandığını bildirib.

Görüşdə miqrasiya siyasətinin təkmilləşdirilməsi, əməkçi miqrantların, onların ailə üzvlərinin müdafiəsi sahəsində görülən işlər, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

250-dək "London taksi"si ikinövbəli qrafikə keçir - İslamiadaya görə

28 Aprel 2017 12:49

Rayonlarda intensiv yağışlar yağacaq

28 Aprel 2017 12:48

Yağış, 24 dərəcə isti - Sabah

28 Aprel 2017 12:44

Mayda hava necə olacaq? - PROQNOZ

28 Aprel 2017 12:43

Sabah Azərbaycanda intensiv yağış yağacaq

28 Aprel 2017 12:42

May ayına olan hava proqnozu açıqlanıb

28 Aprel 2017 12:42

Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək

28 Aprel 2017 12:42

ATA: "Qızım, sənə "soyun" deyəcəklər

28 Aprel 2017 12:41

"Zaxarova qeyri-peşəkar mövqe ortaya qoyub” - Əflatun Amaşov

28 Aprel 2017 12:39

Cümhuriyyəti satan adam: Çingiz İldırımın xəyanəti və qəribə aqibəti - TARİXİ ARAŞDIRMA

28 Aprel 2017 12:38

Azərbaycanın xarici işlər naziri Macarıstana səfər edəcək

28 Aprel 2017 12:37

Rusiyada iki Azərbaycan vətəndaşı uzun müddətə azadlıqdan məhrum edilib

28 Aprel 2017 12:37

BMT qızların İKT sahəsində imkanlarını genişləndirməyə çağırır

28 Aprel 2017 12:35

Bina çap edən robot yaradılıb

28 Aprel 2017 12:35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

28 Aprel 2017 12:35

Ötən il abituriyentlərin 56,4 faizi 0-200 bal toplayayıb

28 Aprel 2017 12:34

İslam Oyunları ilə əlaqədar mobil cihazların IMEI nömrələrinin qeydiyyat müddəti iki dəfə artırılıb

28 Aprel 2017 12:32

Moskvada Qarabağ danışıqları başladı

28 Aprel 2017 12:29

AMB-nin depozit hərracında tələb təklifi 40% üstələyib

28 Aprel 2017 12:27

Öz ölümünü də görən almandan ŞOK PROQNOZ: Sarı əjdər gələcək, Qızıl şəhər məhv olacaq - FOTOLAR

28 Aprel 2017 12:23

Akif Əlizadə: “Akademiyanın alimləri ötən il 14 dövlət proqramının icrasında iştirak ediblər”

28 Aprel 2017 12:22

Qlobal neft bazarında rəqabət güclənir

28 Aprel 2017 12:22

Yol polisinin düşdüyü dəhşətli qəza ilə bağlı RƏSMİ MƏLUMAT

28 Aprel 2017 12:19

Nərgiz Paşayevaya medal verildi

28 Aprel 2017 12:18

“İçerde” serialında daha bir ŞOK OLAY - VİDEO

28 Aprel 2017 12:18

DİN YPX avtomobilinin ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

28 Aprel 2017 12:17

İstanbulda Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub

28 Aprel 2017 12:17

İnsanları tanıdığınızı düşünürsünüz?

28 Aprel 2017 12:17

Cəbhədə yenidən vəziyyət gərginləşib

28 Aprel 2017 12:15

Tale Heydərov Leyla Əliyevanın rəsm sərgisində - FOTOLAR

28 Aprel 2017 12:13

"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub

28 Aprel 2017 12:12

Rusiya gündəlik neft hasilatını 300 min barel azaldıb

28 Aprel 2017 12:12

Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb

28 Aprel 2017 12:12

Təbrik kartı valideyn-uşaq bağını artırır

28 Aprel 2017 12:10

“Finance Leasing” yeni istiqraz emissiyasına hazırlaşır

28 Aprel 2017 12:07

Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib

28 Aprel 2017 12:07

Daimi Nümayəndəlik: ATƏT üzvü olan ölkələrdə islamofob hücumlar və ictimai ritorika narahatlıq doğurur

28 Aprel 2017 12:07

MSK partiyalarla bağlı geniş araşdırmalara başladı

28 Aprel 2017 12:04

XİN Zaxarovanın açıqlamasına münasibət bildirdi

28 Aprel 2017 11:59

Azərbaycan-İran sərhədində ZƏLZƏLƏ

28 Aprel 2017 11:58

ABB: Vətəndaşlara qarşı dələduzluq əməlləri üzə çıxaran sürücü hazılrda həbsdədir

28 Aprel 2017 11:57

Qızına küçədə söz atılan ata görün nə etdi...

28 Aprel 2017 11:57

Azərbaycan-İran sərhədində zəlzələ baş verib

28 Aprel 2017 11:54

XİN-dən Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına REAKSİYA

28 Aprel 2017 11:53

DİN 6 regional qurumda işləmək üçün jurnalist axtarır

28 Aprel 2017 11:52

​Mayın 1-dən 40 manat cərimə oluna bilərsiniz

28 Aprel 2017 11:51

Cem Yılmaz özünə yeni SEVGİLİ TAPDI - Aktyor 20 yaş kiçik qızla YAXALANDI (FOTOLAR)

28 Aprel 2017 11:48

Macarıstan XİN başçısı: "Ötən 25 ildə Azərbaycanla ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edib"

28 Aprel 2017 11:47

XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır

28 Aprel 2017 11:47

“Səbail”in baş məşqçisi: “Çempion olmağa layiq idik”

28 Aprel 2017 11:47