Bir ailənin məhv olduğu qəza barədə AÇIQLAMA

Bir ailənin məhv olduğu qəza barədə AÇIQLAMA
13:14 7 Dekabr 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Biləsuvar rayonunun Aşağı Cürəli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 6-da saat 11 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndində rayon sakini Mənsur Bayramovun idarə etdiyi “VAZ-21154” və Astara rayon sakini Əlvan Şəfiyevin idarə etdiyi “MAN” markalı yanacaq daşıyan avtomobillər toqquşduqdan sonra “MAN” markalı avtomobil aşıb. Nəticədə “VAZ” markalı avtomobildə olan 4  sərnişin hadisə yerində ölüb. Sürücü isə xəstəxanaya yerləşdirilib.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada ölən 4 nəfər bir ailənin üzvləri (ata, ana və iki övladı) olub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR