Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Koalisya qüvvələri ilk dəfə Bəşşar Əsəd ordusunun mövqelərini bombalayıb, 4 əsgər ölüb, 13-ü yaralanıb

​Koalisya qüvvələri ilk dəfə Bəşşar Əsəd ordusunun mövqelərini bombalayıb, 4 əsgər ölüb, 13-ü yaralanıb

Date: 7 December 2015 13:17

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin təyyarələri Suriyada Bəşşar Əsədə sadiq silahlıların düşərgəsini bombalayıb. 
"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Mərkəzi məlumat yayıb.
Açıqlamaya əsasən, koalisiya qüvvələrinin Bəşşar Əsəd rejiminə sadiq silahlıların yerləşdiyi Deyr-əz-Zordakı düşərgəsini bombalaması nəticəsində 4 döyüşçü ölüb, 13-ü isə yaralanıb. Suriyanın Xarici İşlər Nazirliyi Deyr-əz-Zorda vaş verən hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına etiraz notası göndərib.
Qeyd edək ki, koalisiya qüvvələri İraq və Suriyada terrorçu İŞİD qruplaşmasının mövqelərini bombalayır. Koalisiya qüvvələri ilk dəfədir B.Əsəd hərbçilərinin mövqelərini bombalayır. 

Tags:  Koalisya qüvvələri ilk dəfə Bəşşar Əsəd ordusunun mövqelərini bombalayıb əsgər ölüb 13-ü yaralanıb

RƏYLƏR


Top news