"Deyirlər ki, Nailə hələ də Hikmətin mahnılarını satır"

"Deyirlər ki, Nailə hələ də Hikmətin mahnılarını satır"
13:21 7 Dekabr 2015
54 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar Nailə Mirməmmədli rejissor Nail Naiboğlunun “Stop” layihəsinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, bəstəkar həyat yoldaşı, mərhum bəstəkar Hikmət Mirməmmədlidən bəhs edib:

“Hikmətin mahnılarının əksəriyyətini müğənnilərə hədiyyə etmişəm. Bəzən deyirlər ki, “Nailə bəstələmir, Hikmətin yazdıqlarını ortaya çıxarır, hələ də satır”. Bəzən də əksini deyirlər. Bəzi anlar olur ki, çətinliklər yaşayıram. Hikməti itirmişəm, amma onun arzularını həyata keçirmək üçün yıxılmadım, işləməliydim. Balalarını böyütməliydim. Sakit qalmaq haqqım yox idi”.

N.Mirməmmədli çalışdığı müğənnilərə qarşı qısqanc olması xəbərlərinə də aydınlıq gətirib:

“Mənim ürəyimə yaxın olan müğənnilər var. Heç birinə də qısqanclıq etmirəm. Hətta bəzən onlar başqa bəstəkarlarının mahnılarını gətrir mən onları düzəldib verirəm. Hətta yaxşı oxumaları üçün studiyaya da girirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR