Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya ilə bağlı elektron qaydada müraciət edə bilərlər

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya ilə bağlı  elektron qaydada  müraciət edə bilərlər
13:21 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün təşkil etdiyi “Açıq qapı günü” - vətəndaş forumunda miqrasiya sahəsində həyata keçirilən elektronlaşma işlərindən də danışılıb.
 
Tədbirdə  DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulu barədə xidmət əməkdaşı təqdimatla çıxış edib.
 
Ümumiyyətlə, qurumun istifadəyə verdiyi 10-u “Elektron hökumət” portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb.
 
Məlumat verilib ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40181-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR