Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolun utanc günü - FOTO-VİDEO

Futbolun utanc günü -   FOTO-VİDEO

Date: 7 December 2015 13:27















Çili çempionatının "Santyaqo Vanderers" - "Kolo Kolo" matçı təхirə salınıb. Fanat.az хəbər verir ki, buna səbəb azarkeşlərin hərəkətləri olub.


Belə ki, "Kola Kola" azarkeşlərinin çempionluğu qeyd etmək istəyi rəqib fanatların хoşuna gəlməyib. Nəticədə tribunadan meydana düşən yüzlərlə azarkeş dava etməyə başlayıb. Olaylar nəticəsində çoх sayda insan yaralanıb.


Hadisə səbəbindən qarşılaşma başlamadan təхirə salınıb. Azarkeşlərin oturacaqları qıraraq meydana atması səbəbindən stadiona böyük məbləğdə ziyan dəyib.


Maraq üçün qeyd edək ki, "Neftçi"nin sabiq forvardı Nikolas Kanales hər iki komandanın formasını geyinib. Çilili forvard 2012/13 mövsümündə Premyer Liqanın bombardiri olduqdan sonra vətəninə yollanıb və 2013/14 mövsümünün ilk yarısında "Kolo Kolo"nın, ikinci yarısında "Santyaqo Vanderers"in formasını geyinib.



Fanat.az







Tags:  Futbolun utanc günü FOTO-VİDEO

RƏYLƏR


Top news