Abşeronda MMC-yə məxsus anbardan oğurluq edən şəxslər tutulub

13:27 7 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Pirəkəşkül qəsəbəsində “İmpuls-AR” MMC-yə məxsus anbardan 1200 manat dəyərində tikinti materialları oğurlayan şəxslər tutulub. 
Məlum olub ki, oğurluğu orada fəhlə işləyənlər Cəsarət İlyasov və Qalib Quliyev törədib. Onlar oğurladıqları materialları Pirəkəşkül qəsəbə sakini Azər İsayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə yükləməklə MMC-nin ərazisindən çıxarıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/anbardan-ogurluq-eden-sexsler-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR