Sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələr daha da genişləndirir

Sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələr daha da genişləndirir
13:28 7 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri ilə DSMF-nin rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.
Qeyd edək ki, bu cür tədbirlər fondun orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən «Açıq qapı günləri»-vətəndaş forumlarında da geniş müzakirə olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sigortaedenlerle_sosial_terefdasliq_elaqeler_daha_da_genislendirir-908860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR