"S & P": "Pasha Bank"ın aktivlərinin keyfiyyəti pisləşə, reytinqi azaldıla bilər

13:32 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Agentlik, son iki ildə "Pasha Bank"ın aktivlərinin keyfiyyət göstəricilərinin önəmli dərəcədə pisləşməsinə diqqət çəkərək, 90 gündən artıq problemli kreditlərin məcmu kredit portfelində payının 2014-cü ildəki 10,7%-dən 2015-ci ilin sonuna 15-17%-ə yüksələcəyini proqnozlaşdırdığını bildirib. Problemli kreditlərin xüsusi çəkisinin 2016-2017-ci illərdə də Azərbaycandakı makroiqtisadi mühitin çətin olacağı nəzərə alınaraq yüksək qalacağı ehtimal olunur.
Bankın 2014-cü ildə kredit xərclərinin bir sıra böyük korporativ müştərilərin ödənişlə bağlı problemləri səbəbindən 7,2%-ə yüksəldiyini bildirən Agentlik, nəticədə "Pasha Bank"ın 2,7 mln. manat zərər etdiyini vurğulayıb. "Standard & Poor's" 2015-2016-cı illərdə də "Pasha Bank" ASC-nin kredit xərclərinin 6-8% olacağını və böyük ehtimalla zərərlə işləyəcəyini proqnozlaşdırır. 
Bankın 20 ən iri kredit müqaviləsinin həcminin məcmu kreditlərin 62%-nə bərabər olduğunu bildirən Agentlik, bu məbləğin kapitalın 108%-nə bərabər olduğunu qeyd edir. Agentlik perspektivdə Bankın aktivlərinin keyfiyyətinin pisləşməsinin gözlənilməsi səbəbindən reytinqin azaldılacağını istisna etmir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/s-p-pasha-bank-in-aktivlerinin-keyfiyyeti-pislese-reytinqi-azaldila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR