Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNEC-in yubiley tədbirlərinin intellektual startı (FOTO)

UNEC-in yubiley tədbirlərinin intellektual startı (FOTO)

Date: 7 December 2015 13:33

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nə? Harada? Nə zaman?” inellektual yarışı keçirilib. Beyin yarışı UNEC-in 85 illik yubileyinə həsr edilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC-in “İqtisadçı” qəzetinin baş redaktoru, “Turan” intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun təşkil etdiyi tədbirə ölkənin 10-dan çox aparıcı universitetlərinin tələbə və məzunlarından ibarət 17 komanda qatılıb. Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.

3 tur və 36 sualdan ibarət gərgin mübarizədə I yeri “Vendomat” komandası tutub. Komandanın kapitanı UNEC-in magistrantı Türyan Məmmədovdur. II və III yerlərin sahibləri müvafiq olaraq “HİT” və “Dream Team” komandaları olublar. “Vendomat”a orijinal çin şahmat dəsti hədiyyə edilib. UNEC-in Tələbə Gənclər Təşkilatı hər üç qalib komandanın üzvlərinə milli futbol çempionatının “Neftçi” – “Zirə” oyununa biletlər verib. Bütün iştirakçılara nəfis kitablar və digər simvolik hədiyyələr təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  UNEC-in yubiley tədbirlərinin intellektual startı FOTO


RƏYLƏR


Top news