Qazax rayonunun Kəmərli kəndində 189 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub

13:33 7 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə keçirilən səyyar xidmətlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Qazax Rayon Polis Şöbəsinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə rayonun Kəmərli kəndində baş tutub.
Səyyar xidmət zamanı ümumilikdə 189 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_rayonunun_Kemerli_kendinde_189_nefere_yeni_sexsiyyet_vesiqeleri_teqdim_olunub-908862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR