Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Date: 7 December 2015 13:33


Qaziantep, 7 dekabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərindəki “Sanko Park Sanat” qalereyasında tanınmış rəssam Məhəmməd Əliyevin fərdi sərgisi açılıb.
Dekabrın 17-dək davam edəcək sərgidə Qaziantep Universitetinin müəllimi olan rəssam soydaşımızın 24 yağlı boya və 17 qrafika əsəri sərgilənir.
M.Əliyev AZƏRTAC-a müsahibəsində deyib: “Həyatımın acılı-şirinli məqamlarını, o cümlədən Vətənimin gözəlliyini əsərlərimdə təsvir etməyə çalışıram. Xalqımızın Azərbaycanın ayrılmaz dilbər guşəsi olan Dağlıq Qarabağa tükənməz sevgisini tablolarda tərənnüm etməkdən isə xüsusi zövq alıram”.
Qeyd edək ki, 1994-cü ildə Bakıda fərdi sərgisi açılan Məhəmməd Əliyevin Qarabağ hadisələrinə, həmçinin Xocalı soyqırımına aid işləri dəfələrlə Türkiyədəki sərgilərdə nümayiş olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep



Tags:  Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb


RƏYLƏR


Top news