​Almaniyanın XİN başçısı İraqa qəfil səfər edib

​Almaniyanın XİN başçısı İraqa qəfil səfər edib
13:37 7 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer gözlənilmədən eraqın paytaxtı Bağdada səfər edib.
"Report" Almaniya KİV-ə istinadən xəbər verir ki, XİN başçısının səfəri dekabrın 7-da başlayıb.  
Məlumata görə, təhlükəsizlik baxımından Frank-Valter Ştaynmayerin Bağdada səfər edəcəyi əvvəlcədən elan olunmayıb.
Almaniya xarici işlər naziri bu gün İraq prezidenti Fuad Masum və baş nazir Heydər əl-İbadi ilə görüşüb.
Qeyd edək ki, dekabrın 4-də Almaniya parlamenti hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib. Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.
Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniyanin-xi-n-bascisi-i-raqa-sefer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR