Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin daha bir vəzifəsi əlindən alındı

Cahangir Hacıyevin daha bir vəzifəsi əlindən alındı

Date: 7 December 2015 13:42

Cahangir Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək.

Milli.Az xəbər verir ki, Bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib.

"Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - deyə məlumatda vurğulanıb.

Hazırda C.Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.

Xatırladaq k, BFB-nin Müşahidə Şurasının sədri, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Cahangir Hacıyevin vəzifəsi əlindən alındı


RƏYLƏR


Top news