Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə ​Bakıda anasını öldürən gəncə ağır cəza verib

Məhkəmə ​Bakıda anasını öldürən gəncə ağır cəza verib

Date: 7 December 2015 13:42

Bakı. 7 dekabr. REPORT.AZ/ Anasını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən bugünkü prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S. Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il iyulun ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov pols əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib. 

Tags:  Məhkəmə Bakıda anasını öldürən gəncə ağır cəza verib

RƏYLƏR


Top news