Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Litvadakı beynəlxalq xeyriyyə tədbirində Azərbaycan mədəniyyətinin nümunələri sərgilənib

Litvadakı beynəlxalq xeyriyyə tədbirində Azərbaycan mədəniyyətinin nümunələri sərgilənib

Date: 7 December 2015 13:43


Vilnüs, 7 dekabr, AZƏRTAC
Vilnüs şəhər Ratuşasında Litvada akkreditə olunmuş diplomatik missiyaların dəstəyi ilə 13-cü Beynəlxalq Milad Xeyriyyə Bazarı keçirilib. Tədbiri sabiq Prezident Valdas Adamkusun həyat yoldaşı Alma Adamkiene, Baş nazirin həyat yoldaşı Yanina Butkyaviçene və şəhər meri Remiqüs Şimaşüs açıblar.
Xeyriyyə Bazarında Litvada akkreditə olunmuş 36 ölkənin diplomatik missiya və icmaları, həmçinin Vilnüsün 5 beynəlxalq məktəbi təqdim olunub. Ənənəvi olaraq, Xeyriyyə Bazarında Azərbaycanın Litvadakı səfirliyi də iştirak edib.
Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlardan paxlava, şəkərbura və qoğal, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunub.
Sabiq Prezidentin həyat yoldaşı Alma Adamkiene, Baş nazirin xanımı Yanina Butkyaviçene və mer Remiqüs Şimaşüs Azərbaycan pavilyonunu ziyarət ediblər. Onlara stenddə nümayiş olunan məhsullar haqqında məlumat verilib.
Azərbaycan səfirliyi hər il olduğu kimi, bu il də xeyriyyə tədbirinə töhfə verib. Satışdan əldə edilən vəsait xeyriyyə təşkilatlarına paylanılacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs


Tags:  Litvadakı beynəlxalq xeyriyyə tədbirində Azərbaycan mədəniyyətinin nümunələri sərgilənib


RƏYLƏR


Top news