Xalq artistləri faciəni andı - fotolar

Xalq artistləri faciəni andı -  fotolar
13:46 7 Dekabr 2015
76 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artistləri “Günəşli” platformasında baş verən qəzadan yazıb.

Axşam.az-ın məlumatına görə, tanınmışlar sosial şəbəkədə hadisə ilə bağlı foto paylaşaraq, itkin düşənlərin ailələrinə səbr diləyiblər:

Mələkxanım Əyyubova:

“Çox dəhşətli bir faciədir. Gözlənilmədən belə bir təbii fəlakətin baş verməsi hamını dərindən sarsıtdı. Mən də öz və ailəm adından dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Ailələrinə başsağlığı verirəm”.

Alim Qasımov:

“Allah ölənlərə rəhmət eləsin. Amin. Allah vəfat edən neftçilərimizin ailələri və yaxınlarına səbr versin”.

Brilliant Dadaşova:

“Xalqımızın başı sağ olsun”.

Aygün Kazımova:

“Allah ölənlərə rəhmət eləsin. Bir ildə iki böyük yanğın və böyük sayda itki... 19 may və 4 dekabr... Başın sağ olsun Azərbaycan”.

Mənsum İbrahimov:

“Allah rəhmət eləsin”.

Nazpəri Dostəliyeva:

“Aldığım xəbər məni çox üzdü. Həqiqətən çox dəhşətlidir. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Xalqıma isə səbr versin”.

Faiq Ağayev:

“Allah rəhmət eləsin”.

Gülyaz və Gülyanaq Məmmədovalar:

“Günəşli” yatağında baş vermiş qəzada dünyasını dəyişmiş qardaşlarımıza Allah rəhmət eləsin. Ailələrinə və yaxınlarına Allah səbr versin”.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR