Radik İsayev "Rio-2016"ya vəsiqə qazandı

Radik İsayev "Rio-2016"ya vəsiqə qazandı
13:47 7 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Fanat.az хəbər verir ki, bu uğura taekvondoçumuz Radik İsayev imza atıb.

O, Meksikanın paytaxtı Mexikoda keçirilən taekvondo üzrə Qran-pri yarışında Rio-de-Janeyroya vəsiqə əldə edib. Azərbaycan idmançısı +80 kq çəki dərəcəsində mükafatçılar sırasına düşə bilməsə də, topladığı reytinq xalları nəticəsində "Rio-2016"ya vəsiqə əldə edib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl "Rio-2016"ya 27 vəsiqə qazanıb: Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), həmçinin Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mursəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq). Kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olsalar da, bu hələ rəsmi açıqlanmayıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-radik-sayev-quotrio-2016quotya-vsiq-qazand-t45980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR