Mahnı Teatrında Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq

Mahnı Teatrında Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunacaq
13:47 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında yubiley tədbiri keçiriləcək.
"Report" xəbər verir ki, yubiley gecəsi dekabrın 14-də, Rəşid Behbudovun doğum günündə baş tutacaq.
Qeyd edək ki, Rəşid Behbudovun 100 illik yubileyi münasibətlə silsilə tədbirlər keçirilir.
Rəşid Behbudovun yubileyinə həsr edilən təntənəli mərasim, Heydər Əliyev Sarayında olacaq. Hələlik yubiley tədbirinin vaxt dəqiqləşdirilməyib. 



Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/mahni-teatrinda-resid-behbudovun-100-illik-yubileyi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR