Parlament deputatlarından İranın sənət, mədən və ticarət nazirinə xəbərdarlıq

Parlament deputatlarından İranın sənət, mədən və ticarət nazirinə xəbərdarlıq
13:53 7 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Bu gün İran parlamentində keçirilən icasda deputatlar sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin hesabatından qane olmayıb və ona xəbərdarlıq (sarı kart) ediblər. Trend-in məlumatına görə, bu barədə İranın İlna xəbər agentliyi məlumat verib.

Məlumata görə, İran parlamentinin deputatları sənət, mədən və ticarət naziri M.Nemətzadə nazir vəzifəsində olduğu halda, həm də 16 şirkətin direktorlar şurasının üzvüdür. Nazir buna görə, bu gün İran parlamentinə hesabata çağırılıb. Deputatlar nazirin cavablarından qane olmadıqlarına görə, ona “sarı kart” xəbərdarlıq edilməsinə səs veriblər.

İran konistitusiyasının 141-cı maddəsinə əsasən, vəzifəli şəxlsərin o cümlədən, nazirlərin bir neçə iş yerinin olması qadağandır.

“Sarı kart” termini İran Şura Məclisində deputatlar vəzifəli şəxslərə xəbərdarlıq verdikdə işlədilir. İran parlamentində hesabat vaxtı deputatlar vəzifəli şəxsin verdiyi cavabdan qane olmadıqda, ona “Sarı kart” (xəbərdarlıq) verirlər. M.Nemətzadə indiyədək 3 dəfə deputatlardan sarı kart alıb. Vəzifəli şəxsin bir neçə dəfə sarı kart alması onun impiçment edilməsinə şərait yaradır. İmpiçment - nazirin vəzifəsindən uzaqlaşdırılması üçün isə ən azından 10 deputatın imzası ilə layihə hazırlanmalıdır. Layihəni imzalandıqdan sonra parlamentin rəyasət heyətinə təqdim edilir.

Qeyd edək ki, bir müddət öncə İran prezidenti Həsən Ruhani kabinetinin 12 nazirin deputatlar tərəfindən hesabat üçün parlamentə və parlament komissiyalarına çağırıldığını demişdi.

Ötən üç ay ərzində Ruhani hökumətinin nazirləri 300 dəfəyə yaxın deputatlar tərəfindən sorğu-sual edilib.

İran saytlarının məlumatına görə, Ruhani hökumətinə qarşı tənqidlər Üsulgəra (mühafizəkarlar) düşərgəsindən olan deputatlar və əsasən İslam İnqilabı Sabitlik Cəbhəsi təmsilçiləri tərəfindən və sabiq porezident Mahmud Əhmədinejad hökumətinin tərəfdarları tərəfindən siyasi məqsədlərlə irəli sürülür.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2466230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR