"Qəbələ" - "Krasnodar" oyununun biletləri satışda

"Qəbələ" - "Krasnodar" oyununun biletləri satışda
14:05 7 Dekabr 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) oyununun biletləri satışa çıxarılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, biletləri bu gün saat 12:00-dan etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Satışa 8 500 bilet çıxarılıb.
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR