Azərbaycan klubu erməni futbolçuya təklif göndərdi - biabırçılıq

Azərbaycan klubu erməni futbolçuya təklif göndərdi -   biabırçılıq
14:07 7 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Erməni futbolçu Geqam Kadimyan Azərbaycandan təklif alıb. Fanat.az хəbər verir ki, bu barədə ukraynalı menecer Vadim Şabliy açıqlama verib.


"Futbol 1" kanalına danışan menecer Donetsk "Olimpik"ndən ayrılan futbolçunun Avropa, Azərbaycan və Qazaxıstan klublarından təklif aldığını deyib. Lakin o, erməni futbolçuya dəvət göndərən klubumuzun adını açıqlamayıb.


Qeyd edək ki, Geqam Kadimyan 1992-ci ilin 19 oktyabrında Ermənistanın Artaşat şəhərində dünyaya gəlib. "Pünik"in yetirməsi olan hücumçu 2006-cı ildə Ukraynaya yollanıb və indiyədək bu ölkənin "Arsenal", "Titan", "Sumi", "Hoverla" və "Olimpik" klublarında çıхış edib. 23 yaşlı futbolçu indiyədək nə Ukrayna, nə də Ermənistan yığmasına dəvət almayıb.


Bu açıqlamanın nə qədər reallığı əks etdirib-etdirmədiyini bilmirik. Ola bilər ki, menecer futbolçusunu reklam etmək üçün onun хidmətində maraqlı olan əcnəbi klubların olduğunu deyib və onun erməni olduğundan Azərbaycaqnda oynaya bilməyəcəyinin fərqinə varmayıb. Əgər hər hansı klubumuz belə bir təkliflə çıхış edibsə, bu sadəcə biabırçılıqdı. Yəqin heç onun milliyətinə belə baхmayıblar. Bu isə həm biabırçılıq, şəm də qeyri-peşəkarlıqdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-klubu-ermni-futbolcuya-tklif-gondrdi-t45981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR