Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan Banklar Assosiasiyası stretji hədəflərini açıqlayıb

Date: 7 December 2015 14:07

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, Plana əsasən, mərkəzləşdirilmiş inkassasiya, vahid tarifli ATM və POS-terminal şəbəkəsinin yaradılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və belə təcrübənin yerli bazarda tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur.
Bu baxımdan, institusional bazanın və infrastrukturun möhkəmləndirilməsi – təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi, peşəkar işçi heyətinin formalaşdırılması, törəmə təşkilatların fəaliyyətinin effektiv təşkili, ekspert qrupları və münsiflər məhkəməsinin fəaliyyətinin bərpası, maliyyə ombudsmanının yaradılması, üzv bankların xərclərinin optimallaşdırılması məqsədilə mərkəzləşdirilmiş qurumların (mərkəzləşdirilmiş inkassasiya, vahid tarifli ATM və POS-terminal şəbəkəsi, vahid SWIFT xidmət bürosu) yaradılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və bunun tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur.
Bundan başqa, dövlət orqanları ilə əməkdaşlığın genişləndirilməsi – icraedici (tənzimləyici), qanunverici və məhkəmə orqanları ilə sıx və faydalı əməkdaşlıq əlaqələrinin qurulması, tənzimləyici normativ-hüquqi sənədlərin hazırlanması prosesində iştirak, həmçinin sənəd layihələrinin təhlili və təkliflərin hazırlanması, birgə tədbirlər - konfrans, forum və “dəyirmi masa”ların təşkili, ictimaiyyətlə əlaqələrin, yerli biznes assosiasiyaları və ictimai birliklərlə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Eyni zamanda, beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi - beynəlxalq bankçılıq federasiyaları, eyni zamanda İEÖ-in bank assosiasiyaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi, beynəlxalq maliyyə qurumları ilə praktik formatda əlaqələrin genişləndirilməsi (müxtəlif birgə layihələrin həyata keçirilməsi), beynəlxalq konfrans və tədbirlərdə iştirak, həmçinin belə tədbirlərin təşkili nəzərdə tutulub.
"ABA-nın 2016-2020-ci illər üzrə Strateji Planı”nda bank sektoru üçün peşəkar kadr hazırlığına dəstək, banklarda strateji təhlil və informasiya təminatına dəstək – bu məqsədlə dövri (rüblük, illik) analitik məcmuələrin hazırlanması, tədqiqat-sorğu fəaliyyətinin həyata keçirilməsi, bank sektoru üzrə analitik-informasiya bazasının formalaşdırılması, maliyyə savadlılığının artırılması işinin təşkili əksini tapıb.
Bank sisteminin beynəlxalq keyfiyyət parametrlərinə uyğunluğu səviyyəsinin yüksəldilməsi - "çirkli pullar"ın yuyulmasına qarşı mübarizə, korporativ idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi və artırılması yollarının işlənib hazırlanması, bank biznesində şəffaflığın artırılması əsas hədəflərdəndir.

Tags:  Azərbaycan Banklar Assosiasiyası stretji hədəflərini açıqlayıb

RƏYLƏR


Top news