Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İranda "islamyönlü" 285 sayt bağlanıb

​İranda "islamyönlü" 285 sayt bağlanıb

Date: 7 December 2015 14:07

Bakı. 7 dekabr. REPORT.AZ/ İranda terrorçu İŞİD qruplaşmasını dəstəkləyən sayt yaratmaqda şübhəli bilinən 53 nəfər tutulub.
"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin kiber cinayətlərlə mübarizə polisinin başçısı briqada generalı Kamal Hadianfər Tehranda keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, son 8 ayda İranın kiber cinayətlərlə mübarizə polisi İŞİD-i dəstəkləyən 132 sayt aşkarlayaraq fəaliyyətini dayandırıb.
O bildirib ki, ümumilikdə son 20 ayda İranda "islamyönlü" 285 sayt bağlanıb. 

Tags:  İranda islamyönlü 285 sayt bağlanıb

RƏYLƏR


Top news