"İnter", "Neftçi" və "Zirə"dən təklif almışam"

"İnter", "Neftçi" və "Zirə"dən təklif almışam"
14:12 7 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycandan “İnter”, “Neftçi” və “Zirə” klublarından təklif almışam. Həmçinin Rusiya təmsilçisi “Krılya Sovetov” da xidmətimdə maraqlıdı". Fanat.az хəbər verir ki, bu sözləri Qazaxıstanın "Atırau" klubunun hücumçusu İvan İvanoviç deyib.


Hazırda "Zirə"də çıхış edən İqor İvanoviçin böyük qardaşı Qazaхıstan mətbuatına açıqlamasında ölkəmizdə oynaya biləcəyin bildirib: "Qardaşımla fikirlərimiz demək olar ki, həmişə üst-üstə düşür. İqor komandasından razıdı. Azərbaycandan mənə də zəng gəlmişdi. Amma sonda necə alınacağını zaman göstərəcək. Həm də hazırda özümü Qazaxıstan çempionatında yaxşı hiss edirəm və yerli çempionata tam uyğunlaşmışam. Düzdü, müqaviləmin müddəti başa çatır. Amma "Atırau"da qalmaq istəyərdim. Menecerim artıq Rusiya və Azərbaycandan 5 klubla danışıq aparır. Ona görə də yeni müqavilə baxımından heç bir problem olmayacaq (gülür)".


Qeyd edək ki, İvan İvanoviç bu il "Atırau"ya keçib. 26 yaşlı çernoqoriyalı yarımmüdafiəçi 25 oyunda bir qola imza atıb. 


Onun qardaşı İqor İvanoviç də "Zirə"yə bu yay transfer edilib. 25 yaşlı hücumçu Bakı klubunun heyətində meydana çıхdığı 12 oyunda 3 qola imza atıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-quotneftciquot-v-quotzirquotdn-tklif-almamquot-t45982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR