“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”
14:13 7 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Lakin, real faktları, boru ilə ötürülən, yaxud daşınan rəqəmləri gizlətmək, yaxud falsifakasiya etmək mümkün deyil. Bədxahlara qarşı tutarlı cavabı ölkə prezidenti İlham Əliyev 2010-cu ildə Ukraynada səfərdə olarkən kütləvi informasiya vasitələrinə müsahibəsində verib. O deyib ki, ... bir vaxtlar KİV-lər Azərbaycanda neftin olmadığı, BTC layihəsinin heç vaxt reallaşmayacağı və s. haqqında subyektiv rəy formalaşdırmağa çalışırdı. Amma zaman bütün bu iddiaların əsassızlığını sübut etdi. BTC kəmərinin inşa olunduğu zaman Azərbaycan ildə 15-16 milyon ton neft hasil edirdisə, hazırda bu rəqəm 50 milyon tondan artıqdır. Eyni sözləri qaz ehtiyatları haqda da söyləmək olar; bəzi xarici mənbələrin bu ehtiyatların çox az olması haqda iddialarına rəğmən, bu gün Azərbaycan ildə 30 milyard kub metrə yaxın qaz hasil etməklə, regionun qaz ixracatçılarından birinə çevrilmişdir”.

Mütəxəssislərin fikirlərinə görə, konkret olaraq Avropa mütəxəssisləri belə hesab edirlər ki, Azərbaycanın quruda və dənizdə qaz ehtiyatlarının miqdarı 1.3 trilyon, ehtimal olunan isə 3 trilyon kub metrdir. Hazırda ölkəmizdə qaz hasilatının həcmi 30 milyarddırsa (bunun 8-10 milyard kub metr daxili ehtiyaclar üçün sərf olunur, qalanı isə Gürcüstana, Türkiyəyə, Yunanıstana, Rusiyaya və İrana ötürülür), bir neçə ildən sonra illik qaz hasilatının həcmi 40-50 milyarda çatacaq.

Neft ehtiyatlarına gəldikdə isə rəsmi orqanlar həcminin 1-1,5 milyard ton olduğunu, ehtimal edilən isə 2-3 milyard tona qədər olmasını söyləyirlər.

Rusiya. Bu ölkə neft və qaz ehtiyatlarına görə dünyanın beş ölkəsindən biri sayılır və büdcəsinin Azərbaycan dövləti kimi, əsasən karbohidrogen ehtiyatlarının istehsalından, satışından gələn gəlirlə formalaşdırır. Rusiyanın neft və qaz ehtiyatlarının miqdarı müxtəlif mütəxəssislər tərəfindən fərqli şəkildə söylənilir. Rus mütəxəssisləri bu miqdarı aşağıdakı kimi dəyərləndirirlər:

- neftin həcmi- 23-24 milyard ton (160 milyard barrel);
- qazın həcmi- 47-50 trilyon

Bu Qazprom şirkətinin saytlarda yaydığı rəsmi məlumatdır. Lakin, rəsmi Moskvanın bəzi rəsmi dairələri etiraf edirlər ki, Rusiyanın karbohidrogen ehtiyatları, Avropa mütəxəssislərinin təsnifatına görə, iki dəfə azdır.

Bu fərqliliyi nəzərə yetirən Əli Həsənov qeyd edir ki, neft ehtriyatlarına dair Rusiya və Qərb mənbələrindəki fərqin bilərəkdən yaradıldığını bildirənlər də var. Məsələn, belə bir rəy mövcuddur ki, Rusiyanın neft ehtiyatlarının miqdarını süni şəkildə artıran yerli şirkətlər bununla, öz səhmlərinin qiymətinin artmasına çalışırlar.
Nəzərə alaq ki, Rusiyada hasil olunan neft və qaz maye qazın orta hesabla 60% daxili tələbata, əsasən də sənaye və energetika sahələrində tələb olunan ehtiyaclarına ödənilir.

Qeyd etmək lazımdır ki, 2015-ci ildə Rusiya 2011-ci ildən başladığı Çinə kəmər tikintisini yekunlaşdırmaq üzrədir və bu ölkəyə qazın nəql edilməsi üçün 40 milyardlıq ABŞ dolları həcmində Çinlə müqavilə imzalanıb. Amma, hər min kub metr qaza Çin tərəfindən nə qədər dollar ödəniləcək məbləğ açıqlanmır. Əvvəllər Rusiya hər min kub metr qaz üçün 335 dollar istəyirdisə, Çin tərəfi bu qiymətin 235 dollar olmasını istəyirdi. Amma, müqavilə iki tərəf arasında imzalanıbsa, deməli ortada razılaşma mövcud olduğundan müqavilə imzalanıb.

İran. Qaz hasilatına görə dünyada beşinci, neft hasilatına görə isə üçüncü yeri tutan İran karbohidrogen ehtiyatların həcminə görə ən zəngin ölkələrdən biri hesab olunur. Rəsmi Tehran özünün neft-qaz ehtiyatlarını hesablayaraq bildirir ki, bu ehtiyatların həcmi
- neft- 20 milyard ton (138 milyard barrel)
- qaz- 33, 1 trilyon kub metr qazdan ibarətdir.

Lakin, göstərdiyimiz rəqəmlər İran tərəfindən rəsmi açıqlama olsa da, beynəlxalq mütəxəssislər tərəfindən bu rəqəmlərin fərqli olması iddiasındadırlar. Məsələn, Böyük Briyaniyanın BP şirkətinin 2010-cu il məlumatlarına əsasən, İranın təsdiqlənmiş neft ehtiyatları 137 milyard barrel, qaz ehtiyatları isə 29, 6 trilyon kub metrdir.

İrana ancaq, uzun illərdir beynəlxalq güclər tərəfindən qoyulan embarqo nəticəsində onun istehsal həcmi 1979-cu ildəki istehsaldan (sutkaya 6 milyon barrel) fərqlənmir. Mütəxəssislərin fikirlərinə görə, əgər 2016-cı ilin əvvəlində qoyulmuş embarqo aradan qaldırılarsa, onun istehsal həcmi artırıla bilər. Lakin burada da problemlərin ortaya çıxması yaranır, belə ki, bu hasilatın əksinə aşağı düşmə ehtimalı var, çünki İranın yeniləşmiş neft-qaz strukturunun olmaması, investisiya (qeyd edək ki, 2016-cı ilin əvvəllərində İran dövləti Avropa banklarında yerləşdirmiş və hal-hazırda dondurulmuş 29 milyard ABŞ dollarını geri ala biləcək) çatışmamazlığı, neftli qatarlarda təzyiqin saxlanılması məqsədilə qaz hasilatının kifayət etməməsi və s. səbəblər mövcuddur.

Qazaxıstan. Bu ölkənin cənub ərazilərində və ona məxsus olan Xəzər dənizinin sektorunda aparılan geoloji kəşfiyyat işləri nəticəsində məlum olmuşdur ki;

- neft ehtiyatları- 5,6 milyard ton (təxminən 40-42 milyard barrel)
- qaz ehtiyatları- 3,2 trilyon kub metr təşkil edir.
Bu rəqəmlər BP şirkətinin təqdim etdiyi rəqəmlərə qismən yaxındır. Hal-hazırda Qazaxıstan ildə təxminən 33,6 milyard kub metr qaz, 80 milyon ton neft istehsal edir.

Türkmənistan. Bu dövlət əsasən qaz istehsalına görə dünyanın ən zəngin ölkələrindən biri sayılır və reytinqinə görə Rusiya, İran və Qatardan sonra dördüncü yerdə sıralanır, amma neft ehtiyatları da kifayət qədərdir. Rəsmi Aşqabadın məlumatlarına görə, onun
- neft ehtiyatları- 1,2 milyard ton (təxminən 8 milyard barrel)
- qaz ehtiyatları- 20 trilyon kub metr təşkil edir.

Lakin, bəzi mənbələr iddia edirlər ki, rəsmi Türkmənistanın göstərdiyi bu rəqəmlər şişirdilib, özü də nə az, nə çox- düz 2-3 dəfə artırılıb. Elə kifayətdir ki, BP şirkətinin illik təqdim etdiyi hesabata nəzər salaq. Belə ki, bu şirkətin təqdim etdiyi sənədlərdə Türkmənistanın neft, qaz ehtiyatları bir neçə dəfə az göstərilib;

- neft ehtiyatları- (0.6 milyard barrel)
- qaz ehtiyatları- 8 trilyon kub metr.
Qeyd edək ki, Türkmənistan öz milli gəlirinin təxminən 50 faizini məhz qaz satışından əldə edir.

***

Nəzərə alaq ki, Azərbaycan ərazisində neft və qaz ehtiyatlarının və onların istehsal həcmi əsasən Azərbaycana məxsus olan Xəzər dənizinin payına düşür, o zaman onun hüquqi statusundan, ona geosiyasi yanaşmalardan və Azərbaycanın geoiqtisadi maraqlarından bəhs edən paraqrafdan yan keçmək olmaz.
Xəzərin hüquqi statusunun tarixi təxminən 300 ili əhatə edir. Bu tarixə ona görə qısa şəth vermək məcburiyyətindəyik ki, müasir dövrdə bəzi dövlətlər (İran və Türkmənistan) tarixən razılaşdırılmış, imza atılmış, illər keçdikcə yenidən təsdiqlənmiş keçmiş və bu günki statusu tanımaq istəmirlər və bu gündə Xəzərin hüquqi statusu üç ölkə tərəfindən (Rusiya, Qazaxıstan və Azərbaycan) tanınsa da, İran və Türkmənistan mövcud bölgəni qəbul etmirlər. Bu barədə bir qədər sonra yazacayıq.

Xəzərin statusu ilə bağlı tarixə ekskurs edərək yazır ki, Xəzərsahili ərazilərin bölüşdürülməsi və Azərbaycan torpaqlarının gələcək “hüquqi statusu və mənsubiyyəti” ilə bağlı ilk dövlətlərarası sənəd Rusiya ilə Səfəvi (müasir İran dövləti nəzərdə tutulur, çünki o zaman İran adlı dövlət mövcud deyildi- kursiv- Y. O. ) dövlətləri arasında rus Çarı I Pyotr 1722-23-cü illərdə 80 min qoşunla Xəzər hövzəsinə ilk yürüşü əslində bu cənuba doğru imperiyanı genişləndirmək və “isti sulara” çıxmaq üçün Xəzərdə gələcək üçün plasdarm yaratmaq , həm də nəzərə alaq ki, Xəzər dənizinin cənubu artıq “isti sular” termininə daxil idi.

Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İnkişaf Mərkəzi adını düzgün yaza bilmir - FOTO

24 Avqust 2017 14:53

Uşaqlara bunu öyrətmək onları daha ağıllı edir - MARAQLI SƏBƏB

24 Avqust 2017 14:48

"RenCap": Türkiyə iqtisadiyyatını Yunanıstandakı problemlər gözləyir

24 Avqust 2017 14:47

Zığ-Suraxanı yolunun daha 2,7 km-lik hissəsi yenidən qurulur

24 Avqust 2017 14:47

"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər

24 Avqust 2017 14:47

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

24 Avqust 2017 14:44

Kista və miomanı məhv edən MƏCUN

24 Avqust 2017 14:43

Qarışıq turşunun hazırlanması

24 Avqust 2017 14:41

Onlar ağladı, biz də ağladıq...

24 Avqust 2017 14:37

Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb

24 Avqust 2017 14:35

Daxili orqanında heroin və psixotrop maddə tapıldı

24 Avqust 2017 14:33

Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək

24 Avqust 2017 14:32

Polis vətəndaşın maşınını və pulunu əlindən aldı - ŞİKAYƏT

24 Avqust 2017 14:28

"Rusiya kartı: Trampı kim cəzalandırır?

24 Avqust 2017 14:28

"Qarabağ"ın düşərgəsində sevinc anları - VİDEO

24 Avqust 2017 14:27

Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə

24 Avqust 2017 14:22

"Qarabağ" "Milan"ı arxada qoydu - SİYAHI

24 Avqust 2017 14:19

Turan İbrahimov metroda göründü və...

24 Avqust 2017 14:19

Tufandağda buzlar sürətlə əriyir

24 Avqust 2017 14:18

Danimarkada "Qarabağ"a qol vuran futbolçu 3 aylıq sıradan çıxıb

24 Avqust 2017 14:17

İmre Kertesin məşhur romanı Azərbaycan dilində nəşr olunub

24 Avqust 2017 14:17

Röya və Miri Yusif pulsuz konsert verəcək

24 Avqust 2017 14:13

ETSN: Tufandağ buzlağında ərimə prosesi sürətlənib, buzlaq üzərində olan çatların sayı artıb

24 Avqust 2017 14:12

Bakıda avtoxuliqan saxlanıldı

24 Avqust 2017 14:10

Ukraynada azərbaycanlı minaya düşüb öldü

24 Avqust 2017 14:04

Test imtahanları ləğv edilir? - "Bunu əvəzləyəcək alternativ sistem yoxdur" - ŞƏRH

24 Avqust 2017 14:03

Manatın dollara nisbətdə məzənnəsi

24 Avqust 2017 13:58

Maliyyə Nazirliyi tender keçirir

24 Avqust 2017 13:57

İstanbulda məhkəmə zalında atəş açılıb, 2 nəfər yaralanıb

24 Avqust 2017 13:52

Aİ Azərbaycana yeni səfir təyin edib

24 Avqust 2017 13:52

Yay mövsümündən sonra sağlam menyuya necə keçməli?

24 Avqust 2017 13:48

ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib

24 Avqust 2017 13:47

Lionel Messinin atası "Mançester Siti" ilə danışıqlara başlayıb

24 Avqust 2017 13:47

İmicini dəyişən Samirə yeni görkəmdə - FOTOLAR

24 Avqust 2017 13:44

Suni göldə batan şəxsin meyiti çıxarılıb

24 Avqust 2017 13:43

Azərbaycan Özbəkistanda beynəlxalq musiqi festivalında iştirak edəcək

24 Avqust 2017 13:42

Cərimələri ödəməyən sürücülərə DYP-dən NÖVBƏTİ XƏBƏRDARLIQ

24 Avqust 2017 13:38

“Kopenhagen”nin futbolçusu: "Heç nəyə lazım olmayan qələbə qazandıq"

24 Avqust 2017 13:27

Millimizin oyununun vaxtı dəyişdirildi

24 Avqust 2017 13:27

FOTO: Azərbaycanlı yazıçıdan çirkin paylaşım...

24 Avqust 2017 13:27

Sürücülərin nəzərinə: o avtomillər müəyyənləşdirilir - XƏBƏRDARLIQ

24 Avqust 2017 13:24

"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF

24 Avqust 2017 13:23

Ermənistanda vəkillər etiraz tətili keçirəcəklər

24 Avqust 2017 13:22

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər

24 Avqust 2017 13:19

Buraz Özçivitlə Fahriye Evcen ikinci bal ayına yollandı - FOTO

24 Avqust 2017 13:18

DYP qanunla qadağan olunan yerlərdə avtomobil saxlayanlara xəbərdarlıq edib

24 Avqust 2017 13:17

"Qarabağ"a görə "ərə gedəcəm" deyən aparıcı vədinə xilaf çıxdı

24 Avqust 2017 13:17

Bizim kimi "Qarabağ"...

24 Avqust 2017 13:17

Məşhur meyxanaçılar: Onlar faciəvi şəkildə öldülər...

24 Avqust 2017 13:17

Bədəninizin suya ehtiyacını qarşılayırsınız?

24 Avqust 2017 13:10